14.11.2019 14:46
Milli Məclis nazirlikdən əlavə 2 milyon istəyir
Azərbaycan Milli Məclisinin və onun Aparatının 2020-ci il üçün xərclər smetası 45 milyon 488 min 15 manat məbləğində müəyyənləşib.
XəzərNews.az xəbər verir ki, bu barədə“Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında” qanun layihəsində bildirilib.
Xərclər smetasından əməyin ödənişi fondu- 36 milyon 105 min 1 manat, ştatda olan işçilərin əmək haqqı – 24 milyon 105 min 480 manat, o cümlədən Milli Məclis deputatlarının əmək haqqı – 5 milyon 376 min 720 manat, ekspertlərin əmək haqqı – 427.680 manat, Milli Məclisin aparatı üzrə əmək haqqı - 8 milyon 825 min 280 manat, deputat köməkçilərinin əmək haqqı - 2 milyon 250 min manat, Milli Məclisin İşlər İdarəsi üzrə əmək haqqı - 4 milyon 7995 min 5960 manat, dövlət qulluğu ilə əlaqədar əlavələr - 2 milyon 229 min 840 manat, ştatdankənar işçilərin əmək haqqı - 30 min 500 manat, əməyin ödənilməsi ilə bağlı sair pul ödəmələri 5 milyon 218 min 605 manat və s xərclərə vəsait ayrılıb.
Milli Məclisin işlər müdiri Firidun Hacıyev çıxış edərək bildirib ki, xərclər smetasının ümumi dəyərinin 79,7 faizi əməyin ödənişi fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir: “Son illər aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xarici səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb. 1980–ci ildə quraşdırılmış elektrik yarımstansiyalarında yenidənqurma işlərinin aparılması və istismarı yararsız hala düşmüş avadanlıqların yenisi ilə əvəz edilməsi nəzərdə tutulub. Həmçinin informasiya texnologiyalarının inkişafı ilə əlaqədar Milli Məclisin inzibati binalarında, data mərkəzlərində avadanlıqların alınıb quraşdırılması, iclas zallarında elektron səsvermə sisteminin idarə etmək üçün ayrılmış xüsusi otaqlarda yenidənqurma işlərinin aparılması tələb olunur. Milli Məclisin 2020-ci il xərclər smetasında bəzi maddələr üzrə vəsaitin çatışmadığını nəzərə alaraq, “tikili, avadanlıq və cari təmir xərcləri” maddəsinə 50 min, “icarə və muzdlu xidmətlər” maddəsinə 1 milyon manat, “xarici ezamiyyətlər” maddəsinə 200 min manat, “xarici ölkə nümayəndə heyətlərinin və rəsmi şəxslərin qəbulu, onlara xidmət göstərilməsi” maddəsinə 200 min manat, “maşın və avadanlıqlar” maddəsinə 100 min manat, nəqliyyat vasitələrinin alınmasına 300 min manat və “torpaq, tikili və avadanlıqları” paraqrafına 50 min manat vəsaitin ayrılmasını xahiş edirik”.
Xəbər 1607 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|